Kukla Teatrının aktyoru Mansur Mansurov dünyasını dəyişib

23.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Əməkdar artist Mansur Mansurov vəfat edib.

Bu barədə APA-ya Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə məlumat verib.

O, M.Mansurovun aprelin 22-də axşam saatlarında uzun sürən xəstəlikdən vəfat etdiyini bildirib. M.Mansurov sabah dəfn ediləcək.

Qeyd edək ki, aktyor uzun illər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında fəaliyyət göstərib.

Allah rəhmət eləsin.