"Kürəkənim əcnəbi deyil, Salyandandır" –  Almaz Ələsgərli

"Kürəkənim əcnəbi deyil, Salyandandır" – Almaz Ələsgərli

18.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Əməkdar artist Almaz Ələsgərli İnstaqramda canlı yayımda izləyicilərinin suallarını cavablandırıb.

iki övladı olan müğənni böyük qızı Mədinənin İsveçrədə yaşamasından danışıb. O, kürəkəninin əcnəbi olduğunu yazanlara da cavab verib:

“Kürəkənim azərbaycanlıdır. Özü də Salyandandır. Ümumiyyətlə demişəm ki, qızlar əcnəbiyə ərə getməsinlər. İnsan yaşa dolduqca öz torpağını, dilini, adət-ənənəsini istəyir”.

Ələsgərli daha sonra bildirib ki, ikinci qızı Əminə hazırda xaricdədir və Bakıya qayıda bilmir:

“İkinci nəvəm doğulmuşdu. Əminə getdi onu görməyə. Karantin başladı, yollar bağlandı qaldı orda. İndi qayıda bilmir”.

Efirlərə çıxmamasının səbəbini deyən müğənni “Telekanallara heç baxmaq istəmirəm. Orada nələr baş verir Allah bilir. Qaçıram efirlərdən” sözlərini əlavə edib.

Share