Kürdə batan şəxsin meyiti tapılıb

Kürdə batan şəxsin meyiti tapılıb

18.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Kür çayında batan şəxsin meyiti sudan çıxarılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumata görə,  çayın Hacıqabul rayonu, Talış kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1953-cü il təvəllüdlü Səlimov Qardaşəli Abbas oğlunun axtarışları başa çatıb. Q.Səlimovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Share