Kürdəmirdə yol qəzasında 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Kürdəmirdə yol qəzasında 1 nəfər ölüb, 3 nəfər yaralanıb

11.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

 

Kürdəmirdə 1 nəfərin ölümü, 3 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib. 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağsu-İmişli-Kürdəmir yolunun Kürdəmir rayonunun Qaraqocalı kəndindən keçən hissəsində qeydə alınıb. 

Kürdəmir rayon sakini Rahim Zöhrab oğlu İsmayılov İdarə etdiyi “BMW” markalı maşınla Rafət Şəfayət oğlu Kərimovun idarə etdiyi “VAZ 2107” markalı maşın toqquşub. Nəticədə “VAZ”ın sürücüsü, 32 yaşlı R.Kərimov hadisə yerində ölüb. “BMW” markalı avtomobildə sıxılıb qalmış sürücünü FHN-in əməkdaşları çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Avtomobildə olan sərnişinlər – 50 yaşlı Mübariz Paşa oğlu Kərimov və 29 yaşlı Hakim İlqar oğlu Rəsulov müxtəlif xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

Share