“Lion” və “Marsel” səfərdə xal itiriblər

03.02.2020 Off By admin

Fransa Liqa1-də XXII tur başa çatıb.

Apasport.az saytının məlumatına görə, son gündə 3 oyun keçirilib.

“Nitsa”nın qonağı olan “Lion” uduzaraq, ilk “dördlüy”ə girmək şansını əldən verib. Əvəzində “Nitsa” rəqibi ilə aradakı xal fərqini qapadıb.

Turun son matçında ortabablar sırasında yer alan “Bordo” ikinci pillənin sahibi “Marsel”i qəbul edib. “Matmyut Atlantik” stadionunda baş tutan qarşılaşmada qolsuz bərabərlik qeydə alınıb. Bu isə “Marsel”in lider PSJ ilə xal fərqinin 12-yə yüksəlməsinə səbəb olub.

Fransa Liqa1-i
XXII tur
2 fevral
“Nitsa” – “Lion” – 2:1

Dolberq, 33, 64 – Ekambi, 45
“Metz” – “Sent-Etyen” – 3:1
Nquette, 44, 70; Diallo, 63 – Hamuma, 89
“Bordo” – “Marsel” – 0:0

1  PSJ 22 18 1 3 57-14 55
2  Marsel 22 12 7 3 30-21 43
3  Renn 22 12 4 6 29-21 40
4  Lill 22 10 4 8 26-25 34
5  Monpelye 22 9 6 7 30-26 33
6  Lion 22 9 5 8 35-21 32
7  Reyms 22 8 8 6 21-15 32
8  Nitsa 22 9 5 8 32-30 32
9  Nant 22 10 2 10 21-22 32
10  Bordo 22 8 6 8 30-24 30
11  Strasburq 22 9 3 10 27-28 30
12  Anje 22 8 6 8 24-29 30
13  Monako 22 8 5 9 37-39 29
14  Brest 22 7 7 8 28-30 28
15  Sent-Etyen 22 8 4 10 25-35 28
16  Metz 22 6 8 8 22-29 26
17  Dijon 22 6 6 10 19-24 24
18  Amyen 22 4 7 11 24-41 19
19  Nim 22 4 6 12 19-36 18
20  Tuluza 22 3 4 15 21-47 13

 

Share