Livan ordusu Tripolidə nümayişçilərə qarşı gözyaşardıcı qaz istifadə edib

Livan ordusu Tripolidə nümayişçilərə qarşı gözyaşardıcı qaz istifadə edib

18.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Livan ordusunun patrulları ilə etirazçılar arasında toqquşma Beyrutdan 90 km şimalda Tripolidə baş verib.

Trend-in məlumatına görə, bu barədə Lubnan 24 xəbər portalı bildirib.

Məlumata əsasən, hərbi qulluqçular onlara daş atan etirazçılara qarşı gözyaşardıcı qaz istifadə ediblər.

Qeyd edək ki, komendant saatı qüvvəyə mindikdən sonra yüzlərlə insan Livanın şimal paytaxtının mərkəzindəki Nur meydanına daxil olub. Bildirilib ki, yalnız az sayda etirazçıkların üzündə qoruyucu maskalar olub.

Nümayişçilər hökumətdən qiymət artımını və milli valyutanın düşməsini dayandırmasını tələb etdilər.

Share