Liviya sahillərində mühacirləri daşıyan gəmi batıb

Liviya sahillərində mühacirləri daşıyan gəmi batıb

27.08.2019

18:38

Liviya sahillərində mühacirləri daşıyan gəmi qəzaya uğrayıb.

AZƏRTAC Reuters informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə BMT Ali komissarının Qaçqınların İşi üzrə İdarəsi məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində çox sayda insan həyatını itirib, 60-a yaxın insan isə xilas edilib. BMT Ali komissarının Qaçqınların İşi üzrə İdarəsinin rəsmi nümayəndəsi Çarli Yaksli özünün “Twitter” səhifəsində faciə nəticəsində 40 nəfərin həlak olduğunu və ya itkin düşdüyünü bildirib.

Miqrasiya üzrə Beynəlxalq Təşkilatın məlumatına əsasən, indiyədək dənizdən bir neçə cəsəd çıxarılıb.

Liviya sahillərində baş verən faciəvi hadisənin dəqıq səbəbləri hələlik məlum deyil. Hazırda gəmi qəzasının baş verdiyi rayonda xilasedicilər fəaliyyət göstərir.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email