Lixtenşteyn Knyazlığında COVİD-19 ilə bağlı tədqiqat aparılır

Lixtenşteyn Knyazlığında COVİD-19 ilə bağlı tədqiqat aparılır

17.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Lixtenşteyn Knyazlığında COVİD-19 virusunun əlamətlərinin vaxtında kəşf edilməsi üçün Knyazlıq tərəfindən maliyyələşdırilən tədqiqat həyata keçirilməkdədir.

Azərbaycanın İsveçrədəki Səfirliyindən Trend-ə verilən məlumata əsasən, tədqiqat nəticəsində sensorlu qolbaq vasitəsi ilə COVİD-19 virusunun əlamətlərinin vaxtında aşkar olunmasının mümkünlüyünü araşdırılmaqdır. Araşdırmada təxminən 2000 vətəndaş iştirak etmişdir. İlkin nəticələrin cari ilin payızında mövcud olacağı bildirilib.

Tədqiqatın əsas məqsədi 2020-ci ilin ikinci yarısında mümkün ola biləcək ikinci pandemiya dalğasına qarşı hazırlıqlı olmaqdır. Yoluxmanın əlamətlərinin vaxtında aşkarlanması xəstənin daha tez bir zamanda izolyasiyası və xəstələrin məqsədyönlü müalicəsinə, səhiyyə personalının və səhiyyə sisteminin qorunmasına yol açacaqdır.

Sensorlu qolbaq rəqəmsal sağlamlıq və qadınların reproduktiv sağlamlığı sahəsində fəaliyyət göstərən “Ava” firmasına məxsusdur. Tibbi qolbaq insan yuxuda olan zaman temperaturuna, ürək döyüntüsünə, nəfəsalma tezliyinə nəzarət edən cihazdır. Araşdırma zamanı bu qolbağın artıq mövcud olan xüsusiyyətlərinin COVİD-19 virusuna yoluxmuş xəstələrin göstəriciləri ilə əlaqələndirilməsinə və simptomların vaxtında arşar olunmasına önəm veriləcək və yeni alqoritmlər yaradılaraq bu virusun göstəriciləri ilə birləşdiriləcəkdir.

Share