Lüksemburqda koronavirusa 7 yoluxma faktı qeydə alınıb

13.03.2020 Выкл. Автор admin

Lüksemburq Böyük Hersoqluğunda bu günədək COVID-19 koronavirusuna 7 yoluxma faktı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, Lüksemburq Böyük Hersoqluğunun Baş Naziri Ksavye Bettel bununla bağlı əhalini panikaya düşməməyə çağırıb.

Qeyd edilib ki, ölkədə rəsmi olaraq 7 yoluxma halı qeydə alınıb və vəziyyət tam nəzarətdədir. Baş Nazir əhalini diqqətli olmağa çağırıb. Digər insanlarla kontaktdan yayınmaq, xüsusilə də ahıl insanların olduğu məkanlara getməmək bildirilib.

Ölkədə koronavirusa yoluxmuş insanların diaqnostikası məqsədilə 3 tibbi mərkəzə- Luksemburq, Esch-sur-Alzette və Ettelbruck müraciət edilməsi, xəstələrin gözləmə və təcili xidmət zallarına getməməsi məsləhət görülüb. Distant həkim konsultasiyalarının mümkünlüyünə baxıldığı vurğulanıb.

Share