Məktəbli şahmatçılar arasında sürətli şahmat üzrə onlayn Qran-Pri turniri keçiriləcək

Məktəbli şahmatçılar arasında sürətli şahmat üzrə onlayn Qran-Pri turniri keçiriləcək

15.04.2020 Off By admin

Aprelin 19-dan 26-dək “Təhsil” Respublika İdman Mərkəzinin şahmatçıları arasında sürətli şahmat üzrə onlayn Qran-Pri turniri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Qran-Pri turnirində 17 yaşadək (2003-cü il təvəllüdlü və daha kiçik yaşlı) məktəblilər, o cümlədən Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən UGİŞM-lərin və şahmat klublarının qeyd olunan yaşadək şahmatçıları iştirak edə bilərlər.

Qran-Pri yarışları 7 mərhələdən ibarətdir. İlk 6 mərhələ seçmə, 7-ci mərhələ isə final xarakteri daşıyır. Seçmə mərhələlərdə yarışlar İsveçrə sistemi ilə keçirilir və 11 turdan ibarət olacaqdır. Oyuna nəzarət vaxtı 3 dəqiqədir (artımsız).

www.chess.com internet portalı üzərindən keçiriləcək turnir karantin dövründə məktəblilərin asudə vaxtlarının səmərəli təşkil olunması, sürətli şahmat üzrə qaliblərin müəyyən edilməsi, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların yarış təcrübələrinin artırılması məqsədini daşıyır.

Share