Məlumatların mühafizəsi üçün yeni konsorsium

Məlumatların mühafizəsi üçün yeni konsorsium

26.08.2019

9:47

“Google”, “Intel” və “Microsoft” şirkətləri istifadəçi məlumatlarının mühafizəsi üzrə “Confidential Computing Consortium” adlı yeni konsorsium yaradacaqlar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, konsorsiuma, həmçinin “Alibaba Cloud”, “Arm, Baidu”, “IBM”, “Red Hat”, “Swisscom” və “Tencent” şirkətləri daxil olacaq. Təşkilatın məqsədi məxfi hesablamaların, açıq çıxış kodu və məlumatların mühafizəsi ilə işin ümumi standartlarının inkişaf etdirilməsidir.

Konsorsiumun planlarına 3 layihənin başa çatdırılması daxildir: “Intel” tərtibatçılar üçün kod və informasiyanı aparat səviyyəsində aşkarlanma və modifikasiyadan qorumağa kömək edən alətlər üzərində çalışır. “Microsoft” əlavələrin kriptoqrafik əməliyyatların təhlükəsiz yerinə yetirilməsi mühitində işə salınması üçün kod yazmağa imkan verəcək platforma üzərində iş aparır. “Red Hat Enarx” serverdən asılı olmayan əlavələrin yaradılması üçün platforma ilə məşğul olur.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email