“Mən kiməm?” kitabı işıq üzü görüb

“Mən kiməm?” kitabı işıq üzü görüb

01.10.2019

16:08

Görkəmli ictimai xadim, yazıçı-publisist Əhməd Ağaoğlunun 150 illik yubileyinə töhfə olaraq, ərsəyə gətirilmiş “Mən kiməm?” kitabı (Azərbaycan Dövlət Tərcümə Mərkəzi) işıq üzü görüb.

Azərbaycanın ictimai-siyasi fikir tarixində silinməz izlər qoymuş Əhməd Ağaoğlunun zəngin yaradıcılığı ilk dəfədir ki, müasir oxucuya geniş və əhatəli şəkildə təqdim olunur.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, kitaba ədibin təxminən 40 il ərzində Qərbi Avropada, Rusiya, Azərbaycan və Türkiyə Cümhuriyyətində çap olunmuş əsərlərindən nümunələr daxil edilib.

Kitabın tərtibçisi və “Ön söz”ünün müəllifi – filologiya elmləri doktoru, professor Vilayət Quliyev, redaktoru Afaq Məsuddur.

Kitab Əhməd Ağaoğlunun ictimai-siyasi, ədəbi irsinə dərindən yiyələnmək istəyənlər, əlaqədar tədris-tədqiqat sahələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email