“Mən müəlliməm” sosial kampaniyasına başlanılır

“Mən müəlliməm” sosial kampaniyasına başlanılır

01.10.2019

16:07

Təhsil Nazirliyi tərəfindən “Mən müəlliməm” sosial kampaniyasına başlanılır. Kampaniya oktyabrın 7-dək davam edəcək.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, kampaniyaya qoşulmaq istəyən müəllimlər sosial şəbəkələrdə şagirdləri ilə birgə çəkdirdiyi şəkli paylaşmalı, #TəhsilNazirliyi və #MənMüəlliməm həştəqlərini yazmalı, eləcə də digər həmkarlarını kampaniyaya qoşulmağa dəvət etməlidirlər.

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə keçirilən kampaniya müəllim əməyinə hörmət və ehtiramın ifadəsinə xidmət edir.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email