Mənsum İbrahimov formada qalmaq üçün bunları edir

Mənsum İbrahimov formada qalmaq üçün bunları edir

16.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Xalq artisti Mənsum İbrahimov formada qalmağının sirlərini açıqlayıb.

sənətçi bu barədə “Xəzər” TV-də yayımlanan “X maqazin” verilişində danışıb.

“Sənət adamı özünə diqqət etməlidir. Xüsusilə də muğam ifaçılar… Hərəkətli insanam. Baxmayaraq ki, karantindir, hər gün 8 km gəzirəm. Çox yeməyi xoşlamıram. Bir az yedim bəsimdir. Həm də mən Məcnunu ifa edirəm, ona görə də formada olmalıyam. Yaxşı yeməyi sevirəm, amma qədərində. Həyatda hər şeyin qədərinə diqqət edirəm. Bəlkə, kilolu olmağı xoşlasaydım, elə olardım. Kim kiloludursa, səhnədə olmaq ona rahatdırsa, buna normal baxıram” deyə, o, bildirib.

Qeyd edək ki, M.İbrahimovun 59 yaşı var.

Share