Mərkəzi Bankın İdarə Heyətinin yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti iclası olub

Mərkəzi Bankın İdarə Heyətinin yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti iclası olub

23.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti iclası keçirilib.

AMB-dən -a bildirilib ki, iclasda şurada təmsil olunan Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Banklar Assosiasiyası, sahibkarlar və bank sektorunun nümayəndələri iştirak ediblər. İclas onlayn formatda keçirilib. İclasın başlıca məqsədi COVID-19 pandemiyası şəraitində sahibkarların üzləşdiyi çətinliklər və vəziyyətdən çıxış üzrə bank sektoru ilə əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsindən ibarət olub.

Mərkəzi Bankın sədri Elman Rüstəmov iclasda çıxış edərək ilk öncə Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi ilə koronavirus pandemiyası və beynəlxalq enerji bazarlarında neft qiymətlərinin kəskin düşməsi şəraitində dünya iqtisadiyyatının üzləşdiyi ağır böhranın milli iqtisadiyyatımıza təsirlərinin azaldılması və əhalinin sağlamlığının qorunması, onun iqtisadi fəallığının təmin olunması üzrə görülən ardıcıl işlərdən, həyata keçirilən təxirəsalınmaz tədbirlərdən, bu istiqamətdə maliyyə sektoru qarşısında qoyulan vəzifələrdən danışıb. O qeyd edib ki, ölkədə makroiqtisadi vəziyyət və sosial-iqtisadi inkişafla bağlı iqtisadi tənzimləmə institutları və maliyyə sektoru qarşısında qoyulan vəzifələr daim diqqət mərkəzində saxlanılır.

Məlumat verilib ki, ölkədə makroiqtisadi sabitlik davam edir, inflyasiya məqbul səviyyədədir, milli valyuta – manatın məzənnəsi sabitdir, valyuta bazarında vəziyyət əhəmiyyətli dərəcədə normallaşıb. Bank sektorunda vəziyyət qənaətbəxşdir, likvidlik normaldır, kredit aktivliyinin bərpa olunması davam edir, eyni zamanda, biznes kreditləşməsində artım, istehlak kreditlərində isə azalma müşahidə olunur. Son aylarda həmçinin əhalinin əmanət bazasında artım və dedollarizasiya trendlərinin başlanılması qeyd edilib.

E.Rüstəmov deyib ki, bu gün əsas diqqətin cəlb edildiyi məsələlərdən biri biznesin fəaliyyət göstərdiyi makroiqtisadi mühitin dayanıqlı, stabil, proqnozlaşdırılan olması, makroiqtisadi mühitdən biznesə dəstəyin gəlməsinin təmin edilməsidir. Yeni şəraitdə makroiqtisadi çərçivə elə qurulmalıdır ki, aşağı neft qiymətləri şəraitində makroiqtisadi sabitlik qorunub saxlanılsın.

Sonra Mərkəzi Bankın sədri sahibkarlar və kommersiya banklarının rəhbərləri ilə keçirilən əvvəlki görüşün nəticələrinə toxunaraq bildirib ki, ötən görüşdə biznes subyektlərinin qaldırdığı məsələlərin əksəriyyəti artıq öz həllini tapıb. Belə ki, idxal əməliyyatlarının tənzimlənməsinin liberallaşdırılması həyata keçirilib, çeklərlə hesablaşmaların aparılması sisteminin Azərbaycana gətirilməsi istiqamətində şura çərçivəsində əhəmiyyətli işlər görülüb. Azərbaycan Prezidentinin çağırışlarına cavab olaraq maliyyə sektoru ilə real sektorun əlaqələrinin genişləndirilməsi, kənd yerlərində girovsuz kreditlərin verilməsi, özünəməşğulluq proqramına dəstək istiqamətində fəal iş aparılır.

E.Rüstəmovun giriş nitqindən sonra iclas iştirakçıları gündəlikdə duran məsələlərin müzakirəsinə dəvət edilib. Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycan Banklar Assosiasiyası və kommersiya banklarının rəhbərləri, sahibkarlar çıxış edərək bildiriblər ki, məhz ötən görüşün müsbət nəticələri bir daha sübut edir ki, sahibkarlarla maliyyə-bank sektoru arasında Mərkəzi Bankın təşəbbüsü ilə aparılmış dialoq mühüm əhəmiyyətə malikdir. Aparılan fəal dialoq sahibkarlıq subyektlərinin maliyyə bank xidmətlərinə çıxışının yaxşılaşdırılmasına şərait yaratmaqla sahibkarlarda real makroiqtisadi vəziyyətin düzgün qiymətləndirilməsinə və sahibkarlıq fəaliyyətinin, ölkədə istehsal və xidmət sahələrinin inkişafına, üzləşdikləri problemlərin operativ həllinə mühüm töhfə verməkdədir.

E.Rüstəmovun giriş nitqindən sonra iclas iştirakçıları gündəlikdə duran məsələlərin müzakirəsinə dəvət edilib. Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycan Banklar Assosiasiyası və kommersiya banklarının rəhbərləri, sahibkarlar çıxış edərək bildiriblər ki, məhz ötən görüşün müsbət nəticələri bir daha sübut edir ki, sahibkarlarla maliyyə-bank sektoru arasında Mərkəzi Bankın təşəbbüsü ilə aparılmış dialoq mühüm əhəmiyyətə malikdir. Aparılan fəal dialoq sahibkarlıq subyektlərinin maliyyə bank xidmətlərinə çıxışının yaxşılaşdırılmasına şərait yaratmaqla sahibkarlarda real makroiqtisadi vəziyyətin düzgün qiymətləndirilməsinə və sahibkarlıq fəaliyyətinin, ölkədə istehsal və xidmət sahələrinin inkişafına, üzləşdikləri problemlərin operativ həllinə mühüm töhfə verməkdədir.

Müzakirələr zamanı pandemiya şəraitində sahibkarların üzləşdiyi çətinliklər, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək mexanizmləri üzrə təkliflər, bu istiqamətdə sahibkarlarla maliyyə institutları arasında əməkdaşlıq perspektivlərinə dair geniş müzakirələr aparılıb. Çıxış edən sahibkarlar pandemiya şəraitində üzləşdikləri çətinlikləri qeyd edərək bank sektoru qarşısında kredit öhdəliklərinin restrukturizasiyası, cari fəaliyyətlərində dövriyyə vəsaitlərinin çatışmazlığını həll etmək üçün yeni kreditlərin ayrılması, valyuta rejiminin təkmilləşdirilməsi üzrə əlavə tədbirlərin görülməsi, hesablaşmalarda, xüsusilə də kiçik biznesdə hesablaşmalarda nağd vəsaitlərdən istifadə imkanlarının nəzərdən keçirilməsi, bu istiqamətdə çeklə hesablaşmaların da tətbiq imkanlarına baxılması, mikrokreditləşmə mexanizmləri üzrə tələblərin sadələşdirilməsi, biznesin kreditləşməsinin aktivləşməsi üçün zəmanət mexanizmlərindən daha geniş istifadə edilməsi kimi fikirlər səsləndiriblər.

E.Rüstəmov müzakirələrin nəticələrini ümumiləşdirərək görüşün faydalı olduğunu qeyd edib. Bildirib ki, iclasda qaldırılan məsələlər və səsləndirilən təkliflər hərtərərfli öyrəniləcək və həmin istiqamətlər üzrə birgə iş aparılacaq.