Marketlərdə alış-verişlərini Kartmane ilə edənlərə 5% cashback!

Marketlərdə alış-verişlərini Kartmane ilə edənlərə 5% cashback!

20.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Rabitəbank Kartmane müştərilərini sevindirməyə davam edir!

Rabitəbank daha bir möhtəşəm təklifi ilə öz müştərilərini sevindirir. Artıq, bütün Kartmane sahibləri marketlərdə alış-veriş zamanı tam 5% cashback qazanacaqlar. Bunun üçün banka gəlməyə və ya əlavə kart sifariş etməyə də ehtiyac yoxdur. Sadəcə marketlərdə kartmane kartınızla ödənişlər edin və 5% cashback qazanın.

Rabitəbank müştəriləri, Rabitəbank mobil tətbiqi vasitəsi ilə qazandıqları bonusları izləyə və onları idarə edə bilərlər. Rabitəbankda 1 bonus – 1 manat dəyərindədir və müştərilər qazandıqları bonusları öz hesablarına anında köçürə bilirlər.

Özündə çoxlu sayda üstünlükləri toplayan unikal Kartmane kartı ilə müştərilər fərqli cashback növlərindən birini seçə bilərlər. Bu cashback növlərindən – bütün dünyada istənilən YDM-lərdən 10%-ə dək, kafe və restoranlardan 5% cashback, bütün ödənişlərə 2% cashback, bütün market ödənişlərinə 5%-dək cashback imkanından birini seçən Kartmane sahib, Rabitəbank mobil tətqibi vasitəsiylə istədiyi vaxt cashback növünü dəyişə bilər.

Bununla yanaşı müştərilər Rabitəbank-ın durmadan artan partnyor şəbəkəsindən tam 25%-ə qədər əlavə cashback qazana bilərlər. Müştərilər Kartmane kartlarındakı vəsait qalıqlarına 6%-dək gəlir əldə edərək istədikləri vaxt öz vəsaitlərini komissiyasız nağdlaşdıra biləcəklər.

Share