Masallıda 93 yaşlı kişi evində yanaraq ölüb

Masallıda 93 yaşlı kişi evində yanaraq ölüb

08.08.2019

23:38

Masallıda ölümlə nəticələnən yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, rayonun Musaküçə kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 5 otaqlı evin 3 otağının və dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi, 1926-cı il təvəllüdlü Babayev Xeyrulla Əjdər oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əcəmi Əsədulla

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email