Materik Çində 42 yeni koronavirusa yoluxma halı qeydə alınıb

Materik Çində 42 yeni koronavirusa yoluxma halı qeydə alınıb

10.04.2020 Off By admin

Bakı. Trend:

Materik Çində son 24 saat ərzində 42 yeni koronavirusa yoluxma halı qeydə alınıb. Xaricdən gələn 38 nəfər, ölkədə dörd nəfər koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu barədə Çin Dövlət Səhiyyə Komitəsinin saytında bildirilib.

Dekabr ayından bu yana ölkədə 3 min 336 nəfər koronavirusdan ölüb, 81 min 907 xəstələnmə halı qeydə alınmışdır ki, onlardan 1 min 141-i xaricdən gətirilmişdir.

Aprelin 9-da ölkədə 47 nəfərdə asimptomatik koronavirus səbəb olan xəstəlik aşkar edilib, onlardan 14 yoluxan şəxs xaricdən gəlib. Ümumilikdə hazırda 1 min 097 asemptomatik xəstə tibbi nəzarətdədir.

Ölkənin materik hissəsində hazırda 1 min 116 nəfər tibb müəssisələrində müalicə olunur, 144 xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Eyni zamanda, 77 mindən çox insan sağalıb və tibb müəssisələrini tərk edib.

Ötən ilin dekabr ayından bəri, 1 min 398 xəstələnmə halı materik xaricindəki Çin ərazilərində qeydə alınıb: Honq Konqda – 9673 (4 ölüm halı), Makaoda – 45, Tayvanda – 380 (5 ölüm halı).

Share