Maykl Cordanın ayaqqabısı hərracda 560 min dollara satılıb

Maykl Cordanın ayaqqabısı hərracda 560 min dollara satılıb

18.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Milli Basketbol Assosiasiyasının (MBA) əfsanəvi basketbolçusu Maykl Cordanın ayaqqabısı satılıb.

Apasport.az saytının məlumatına görə, Cordanın 1985-ci ildə “Çikaqo” ilə MBA-dakı ilk mövsümündə geyindiyi ayaqqabı hərraca çıxarılıb.

“Sotheby” şirkətinin internet vasitəsilə satışa çıxardığı oyun ayaqqabısı gözləniləndən 4 dəfə baha – 560 min dollara satılıb. Bu, həm də bir cüt ayaqqabı üçün verilən ən yüksək məbləğ kimi rekord qırıb.

Qeyd edək ki, Maykl Cordan karyerası ərzində 6 dəfə (1991–1993, 1996–1998) MBA çempionu olub.

Share