Mehriban Əliyevadan Bayraq Günü paylaşımı – VİDEO

Mehriban Əliyevadan Bayraq Günü paylaşımı – VİDEO

09.11.2019

9:14

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram”da Dövlət Bayrağı Günü münasibətilə videoçarx paylaşaraq, Azərbaycan xalqını təbrik edib.

Qeyd edək ki, bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.

Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email