Mehriban Əliyeva:”Ermənistan… Azərbaycana qarşı terror siyasəti həyata keçirməyə davam edir”

Mehriban Əliyeva:”Ermənistan… Azərbaycana qarşı terror siyasəti həyata keçirməyə davam edir”

05.06.2021 Off By admin
Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimovun və Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin Kəlbəcər rayonunda vəzifə borcunu yerinə yetirərkən minaya düşərək həlak olmaları barədə xəbəri dərin kədər hissi ilə qarşıladım. Müharibə başa çatdıqdan sonra azad olunmuş ərazilərdə 140 nəfərdən çox insan erməni işğalçılar tərəfindən quraşdırılmış minalara düşüb. Onlardan 27-si həlak olub. Günahsız insanların ölümünə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan tərəfinin mina xəritələrinin təqdim edilməsi ilə bağlı çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistan bundan imtina edir və bununla da beynəlxalq humanitar hüququ pozmağa və Azərbaycana qarşı terror siyasəti həyata keçirməyə davam edir.Təəssüf ki, Azərbaycan tərəfinin ATƏT-in Minsk qrupu ölkələrinə, həmçinin müxtəlif beynəlxalq təşkilatlara mina xəritələrinin verilməsi məsələsində Ermənistana təzyiq göstərməsi ilə bağlı çağırışları heç bir nəticə vermədi. Jurnalist hüquqlarının müdafiəçisi qismində çıxış edən beynəlxalq qeyri-hökumət təşkilatları hələ də susmaqda davam edir!Azərbaycan xalqı müzəffər xalqdır! Onun iradəsini sındırmaq və onu qorxutmaq qeyri-mümkündür!Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin! Məkanları cənnət olsun!
Mehriban Əliyeva
С чувством глубокой скорби и печали восприняла известие о гибели оператора Азербайджанского телевидения Сираджа Абышова, сотрудника Азербайджанского государственного информационного агентства (Азертадж) Магеррама Ибрагимова и заместителя председателя исполнительной власти по Сусузлугскому сельскому административно-территориальному округу Арифа Алиева, которые, выполняя свой профессиональный долг, подорвались на мине в Кяльбаджарском районе.После окончания войны на минах, установленных армянскими оккупантами на освобожденных территориях, подорвалось более 140 человек. Из них 27 погибли. Ответственность за гибель невинных людей полностью ложится на военно-политическое руководство Армении. Несмотря на многочисленные призывы азербайджанской стороны предоставить карты минных полей, руководство Армении отказывается это делать, тем самым продолжая нарушать международное гуманитарное право и осуществлять политику террора против Азербайджана.К сожалению, призывы азербайджанской стороны к странам Минской группы ОБСЕ, а также в различные международные организации оказать давление на Армению в вопросе предоставления карт минных полей оказались безрезультатными. Все еще молчат международные неправительственные организации, позиционирующие себя как защитников прав журналистов. Азербайджанский народ – народ-победитель! Его не сломить и не запугать!Выражаю глубокие соболезнования семьям и близким погибших.
Да упокоит Аллах их души! Пусть земля им будет пухом!
Мехрибан Алиева
Bir açıq Havada və bunu deyən yazı "Heavy mining of the liberated territories constitutes a serious threat to the life health and safety of people. DANGER MINES #StopArmenianTerrorism #ArmenianWarCrimes #FreeUsFromLandMines @OSCE @UNMAS @theGICHD" şəkili ola bilər
Share