Meksika "OPEC plus" ölkələrinə yeni razılaşma çərçivəsində dəstəyə görə təşəkkür edib

Meksika "OPEC plus" ölkələrinə yeni razılaşma çərçivəsində dəstəyə görə təşəkkür edib

13.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Meksika “OPEC plus”un yeni razılaşmasında iştirak edəcək və razılaşma çərçivəsində göstərilən dəstəyə görə digər ölkələrə təşəkkür edib.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bunu öz “Twitter” səhifəsində Meksikanın energetika naziri Rosio Nale yazıb.

R.Nale bildirib:”Meksika bugünkü iclasda OPEC katibliyinə üzv ölkələrə dəstəyə görə minnətdarlığını bildirir. 23 iştirakçı ölkənin razılaşması may ayından neft hasilatını 9,7 milyon barel azaltmağa imkan verəcək”.

Share