Meşə ilə Şamaxıya, avtomobilin yük yerində isə Ağsuya keçmək istəyən şəxslər həbs olunub

Meşə ilə Şamaxıya, avtomobilin yük yerində isə Ağsuya keçmək istəyən şəxslər həbs olunub

14.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Ağsuda karantin qaydalarını pozan şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimi qaydalarının təmin olunması məqsədilə xidmət aparan zaman 2 nəfər rayon sakini-Xəqani Əsədov və Elşən Cəbrayılovun meşə ərazisi ilə Şamaxı rayonuna keçmək istədikləri müəyyən olunub. Polis əməkdaşları həmin şəxslərə dayanmaları ilə bağlı xəbərdarlıq etsə də, onlar qaçmağa cəhd ediblər. X.Əsədov və E.Cəbrayılov saxlanılaraq Polis Şöbəsinə gətirilib, barələrində protokol tərtib olunaraq rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs inzibati həbs olunub.

Bundan başqa, Ağsu və Kürdəmir rayonları arasında yaradılan postda “KamAZ” markalı yük maşını postu keçərkən polisin “saxla” əmrinə tabe olmayıb. Ağsu RPŞ-nin əməkdaşları nəqliyyat vasitəsini saxlamağa nail olublar və sürücünün Kürdəmir rayon sakini Sübhan Qədiyev olduğu müəyyən edilib. Sübhan Qədiyevin həmyerlisi Mənsur Mütəllimovu yük maşınının yatacaq hissəsində gizlədərək, Ağsu rayonu ərazisinə keçirmək istədiyi məlum olub. Həmin şəxslər də saxlanılaraq, barələrində protokol tərtib olunub və məhkəmənin qərarı ilə həbs olunublar.

Share