Messi Ronaldonu keçib

Messi Ronaldonu keçib

10.01.2021 Off By admin

İspaniya La Liqasının XVIII turunda “Qranada” ilə səfər matçında dubl edən “Barselona”nın kapitanı Lionel Messi qollardan birini cərimə zərbəsindən vurub.

Apasport.az saytının məlumatına görə, argentinalı superulduz son 72 cəhdində ikinci dəfə standart vəziyyətdən fərqlənməyi bacarıb.

Ümumilikdə isə La Liqada 402 cəhdin 37-si qolla nəticələnib. 33 yaşlı oyunçu klub karyerası ərzindəki cərimə zərbəsindən qol sayını 48-ə çatdırıb. Bununla “Yuventus”un portuqaliyalı hücumçusu Kriştianu Ronaldonu geridə qoymağı bacarıb. “Sportinq”, “Mançester Yunayted”, “Real” və “Yuventus”un formasını geyinmiş Ronaldo klub karyerasında 47 belə qola sevinib.

Qeyd edək ki, “Barselona” “Qranada”nı səfərdə 4:0 hesabı ilə məğlub edib.