Millət vəkili: “Azərbaycanın ərazi bötövlüyünü bərpa etməsi regionun inkişafı üçün yeni perespektivlər təmin edib”

Millət vəkili: “Azərbaycanın ərazi bötövlüyünü bərpa etməsi regionun inkişafı üçün yeni perespektivlər təmin edib”

10.01.2021 Off By admin

“Azərbaycanın öz ərazi bötövlüyünü bərpa etməsi ilə yaranan yeni geostarteji reallıq bütövlükdə regionun inteqrasiyası və inkişafı üçün də yeni perespektivlər təmin edib”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib.

H. Babaoğlu deyib ki, hazırki  postmüharibə mərhələsində Azərbaycan fəal şəkildə və sürətlə işğaldan azad edilmiş ərazilərində yol-nəqliyyat və infrastruktur layihələrini həyata keçirməkdədir. Belə olan halda yaranmış yeni şəraitdən daha səmərəli şəkildə istifadə etmək üçün region dövlətlərinin də diqqəti Azərbaycan yönəlmiş olur: “Bu sırada ilk növbədə Rusiya,Türkiyə və İranı qeyd edə bilərik. Əslində Rusiya və Türkiyənin problemin həllində oynadıqları mühüm siyasi rolu və postmüharibə mərhələsində sülhün qorunmasında iştirakını da nəzərə alsaq, o zaman bu iki ölkənin Azərbaycanla əməkdaşlıq kontekstində regionun iqtisadi-siyasi inteqrasiyasında da mühüm rol oyanaya biləcəkləri ortaya çıxmış olur. Şübhəsiz ki, qonşu İranın da regional inteqrasiya prosesində mühüm rol oynaya biləcəyi hər kəsə aydındır. Bu da region ölkələrinin, xüsusən də yeni reallıqların memarı olan Azərbaycanın arzu etdiyi bir tərəfdaşlıq platformasının yaranması üçün əsaslardan biri kimi çıxış edə bilər. Buna paralel olaraq Gürcüstanın Azərbaycan tərəfindən həyata keçirilən bütün regionla və beynəlxalq enerji və nəqliyyat layihələrində iştirakçı olduğunu nəzərə alsaq, əslində regional inkişafı və inteqrasiyanı təmin edə biləcək platformanın konturları dəqiqləşmiş olur. Nəzərə almaq lazımdır ki, işğal faktı artıq ortada olmadığına görə arzu etdiyi və yeni reallıqları qəbul etdiyi təqdirdə Ermənistanın da bu platformada iştirakı mümkündür. Ona görə də hazırda regionda davamlı sülhün və əməkdaşlığın təmin edilməsi üçün ən perespektivli platforma kimi 3+3 olmaqla, altıtərəfli platforma nəzərdən keçirilir. Yəni Azərbaycan -Türkiyə – Gürcüstan və Rusiya –İran- Ermənistan altıtərəfli əməkdaşlıq platforması regionumuzun inkişafı və ünümüddətli sülhün bərqərar olması üçün ən perspektivli platformadır”.