Milli Kitabxanada “12 avqust – Beynəlxalq Gənclər Günüdür” adlı sərgi açılıb

Milli Kitabxanada “12 avqust – Beynəlxalq Gənclər Günüdür” adlı sərgi açılıb

11.08.2019

12:11

Avqustun 10-da Milli Kitabxanada “12 avqust – Beynəlxalq Gənclər Günüdür” adlı kitab və dövri mətbuat nümunələrindən ibarət geniş sərgi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Azərbaycan və dünya gənclərinin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədilə keçirilən sərgidə Azərbaycan, rus və digər dillərdə kitablar və dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Qeyd edək ki, 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunması qərara alınıb.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email