Milli Məclisin Mədəniyyət komitəsinin sədri şəhid Rəvan Məmmədovun valideynləri ilə görüşüb

Milli Məclisin Mədəniyyət komitəsinin sədri şəhid Rəvan Məmmədovun valideynləri ilə görüşüb

19.07.2021 Off By admin

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva şəhid Rəvan Məmmədovun valideynləri Samirə Məmmədova və atası İntiqam Əliyevlə görüşüb.

Q.Paşayeva şəhidin həyat və döyüş yolu və ailənin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb.

Q.Paşayeva ölkəmizin 44 günlük Vətən müharibəsində əldə etdiyi uğuru böyük tarixi hadisə olaraq şərh edib, bu hadisəni bizə yaşadan şəhidlərin ruhuna hər bizimizin dərin ehtiram bəslədiyini söyləyib: “Bu ehtiramın ən yüksək örnəyini ali dövlət rəhbərliyimiz göstərir. Biz deputatlar, məmurlar və başqaları da həmin örnəyi özümüzçün əsas bilirik. Xahiş edirəm, bizim salamlarımızı bütün doğmalarınıza çatdırasız. Hər zaman yanınızdayıq”.

Komitə sədri şəhid ailəsinə Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.

“Hakimiyyet.com”

Share