“Milli Şura siyasi vəziyyəti doğru oxumayan insanların toplaşdığı bir qurumdur”

“Milli Şura siyasi vəziyyəti doğru oxumayan insanların toplaşdığı bir qurumdur”

16.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

“Milli Şuranın son iclası onların siyasətdə nə qədər naşı və bilgisiz olduğunu ortaya qoyur”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O bildirib ki, ümumiyyətlə Milli Şuranın iclasları canlı yayımlanmasa daha yaxşı olar: “Bu toplantı bir daha siyasi situasiyanı doğru oxumayan insanların toplaşdığı bir qurum olaraq, onların nəyisə dəyişdirmək iqtidarında olmadığını göstərdi. Ona görə də bu cür qurumlar öz fəaliyyətini daha qapalı bir formada tənzimləməlidirlər. Cəmiyyətə açıldıqca onların bu zehniyyətlə hansısa bir şəkildə gələcəkdə model ortaya qoymaq, idarəetmə forması gətirmək iqtidarında olmadığı görülür”.

Deputat qeyd edib ki, bu toplantı həm də siyasi tərbiyənin, müəyyən dərəcədə müzakirə mədəniyyətinin aşağı olduğunu və dialoqa fərqli baxış yarandığını da göstərib: “Milli Şuranın bu toplantısı əslində cəmiyyətə də xeyli aydınlaşdırıcı mesajlar verdi. Bu mesaj ondan ibarətdir ki, bu cür hay-küyçülük, qaragüruhçuluqla dövlət idarəetməsinə hər hansı bir şəkildə qoşulmaq mümkün deyil”.

Share