Mingəçevir və Lerikin bu əraziləri qazlaşdırılacaq

Mingəçevir və Lerikin bu əraziləri qazlaşdırılacaq

15.08.2019

10:09

Regionlarda qazlaşdırma tədbirlərinin davam etdirilməsi məqsədilə əlavə olaraq 2 yaşayış məntəqəsinə də qaz çəkilişi məsələləri nəzərdən keçirilir.

“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tövsiyəsi, eləcə də yerli icra hakimiyyəti orqanının, sakinlərin müraciətləri nəzərə alınaraq gələn həftənin birinci günündən Mingəçevir şəhərinin “Vaqonlar evi” adlanan ərazisində 300 evin qazlaşdırılmasına başlanılacaq. Bundan başqa sakinlərin kollektiv müraciəti, eləcə də hazırda qazlaşma işləri aparılan Lerik rayonunun Vizəzəmin kəndinə çox yaxın olması nəzərə alınaraq bu rayonun Cəngənəvud kəndinin qazlaşdırılması layihəsi də hazırlanır. İşlərə avqust ayının sonlarında start verilməsi planlaşdırılır.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email