Mingəçevirdə yeniyetməyə qarşı soyğunçuluq edən şəxslər tutulub

Mingəçevirdə yeniyetməyə qarşı soyğunçuluq edən şəxslər tutulub

05.12.2019 Off By admin

Mingəçevir şəhər sakini olan bir yeniyetməyə zor tətbiq edən 2 nəfərin onun mobil telefonunu alması barədə Şəhər Polis Şöbəsinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, soyğunçuluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri İ.İzzətov, S.İsgəndərov və Mingəçevir şəhər sakini A.Salahov Mingəçevir Şəhər Polis Şöbəsi və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb, sonuncudan 1 ədəd bıçaq götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

Share