Miqrant terrorçularla əlbirlik şübhəsi ilə belə saxlanıldı

16.03.2020 Выкл. Автор admin

Rusiyanın Sankt-Peterburq şəhərində terrorçularla əlbir olmaqda şübhəli bilinən əcnəbi saxlanılıb.

REN TV-nin məlumatına görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, saxlanılan şəxs 24 yaşlı tacikdir. İstintaqın versiyasına görə, o, mobil tətbiqetmə vasitəsilə terror fəaliyyəti ilə bağlı axtarışda olan şəxsin hesabına pul köçürüb.

Saxlanılan şəxs bunu qardaşının tələbi ilə etdiyini deyib. Pullar beynəlxalq terror təşkilatını maliyyələşdirmək üçün nəzərdə tutulubmuş.

Share