Misirdə koronavirusa yoluxanların sayı 2 min nəfəri ötüb

Misirdə koronavirusa yoluxanların sayı 2 min nəfəri ötüb

13.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Misirdə yeni növ koronavirusa daha 123 nəfər yoluxub.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bunu ölkənin səhiyyə nazirliyinin rəsmi nümayəndəsi Xalid Muqahed deyib.

Onun sözlərinə görə, koronavirusa yoluxanların ümumi sayı 2 056 nəfərə çatıb. X.Muqahed bildirib ki, ötən sutka ərzində 13 nəfər ölüb, koronavirusdan ölənlərin ümumi sayı 159 nəfərə çatıb.

Rəsmi nümayəndə qeyd edib ki, 447 nəfər sağalıb və xəstəxanalardan evə buraxılıb.

Share