Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu doktorantura və dissertanturaya qəbul elan edib
18.12.2019Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu doktorantura və dissertanturaya qəbul elan edib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, qəbul Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2019-cu il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya Qəbul Planı”na əsasən keçirilir.
Qəbul aşağıdakı ixtisaslar üzrə aparılır:
Fəlsəfə doktoru proqramı üzrə (doktorantura):
2415.01 – “Molekulyar biologiya” – 1 yer (əyani);
2406.02 – “Biokimya” – 1 yer (əyani);
2422.01 – “Biotexnologiya” – 1 yer (əyani).
Fəlsəfə doktoru proqramı üzrə (dissertantura):
2415.01 – “Molekulyar biologiya” – 1 yer;
2422.01 – “Biotexnologiya” – 1 yer;
2424.01 – “Riyazi biologiya, bioinformatika” – 1 yer.
Elmlər doktoru proqramı üzrə (dissertantura):
2415.01 – “Molekulyar biologiya” – 1 yer.
Sənədlər dekabrın 28-nə kimi hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul edilir.
Tel.: (+994 12) 538 11 64