Moskvada koronavirusdan daha 10 nəfər ölüb

Moskvada koronavirusdan daha 10 nəfər ölüb

13.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Rusiyanın paytaxtı Moskvada yeni növ koronavirusdan daha 10 nəfər ölüb.

Trend-in “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: “Moskvada iki tərəfli pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 10 xəstə dünyasını dəyişib. Ölənlər 39-80 yaşlarında olub. Ölən 29 yaşlı xəstə hipertoniyadan əziyyət çəkirdi”.

Qeyd edək ki, Moskvada koronavirusdan ölənlərin sayı 82 nəfərə çatıb.

Share