Mövlud Çavuşoğlu: ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha səmərəli işləməlidir

02.03.2020 Выкл. Автор admin

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endryu Şefer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik Türkiyəyə səfər ediblər.

AZƏRTAC xəbər verir ki, həmsədrlərlə və A.Kaspşiklə görüş zamanı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O, ATƏT-in Minsk qrupunu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daha səmərəli işləməyə çağırıb. Bildirib ki, bu problem Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə qəbul edilmiş sərhədləri çərçivəsində həll olmalıdır.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Share