Mövlud Çavuşoğlu Bakıda Türkiyə bayrağının əks olunmasından yazdı (FOTO)

Mövlud Çavuşoğlu Bakıda Türkiyə bayrağının əks olunmasından yazdı (FOTO)

12.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Türkiyə Xarici İşlər naziri Mövlüd Çavuşoğlu rəsmi Tvitter səhifəsində Azərbaycanla bağlı paylaşım edib.

Trend-in məlumatına görə, Mövlud Çavuşoğlu bildirib ki, Bakının simvollarından olan Heydər Əliyev Mərkəzində COVID-19-la ortaq mübarizə çərçivəsində Türk bayrağı Azərbaycan bayrağı ilə birliktə dalğalanır: “Tək millət, tək ürək Azərbaycan Türkiyə! #BirliktəYeneceğiz”.

Xatırladaq ki, COVID-19 pandemiyasının yayılmasına qarşı Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq aprelin 3-dən etibarən virusdan zərərçəkən dövlətlərin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilir.

Share