Mübarizəmizi sona qədər davam etdirəcəyik

Mübarizəmizi sona qədər davam etdirəcəyik

08.11.2019

11:16

Hesab 1:0 olduqdan sonra, iki, üç və dördüncü qolları vura biləcəyimiz halda məğlub olduq.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Kiprdə APOEL-ə 2:1 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçından sonra deyib.

47 yaşlı mütəxəssis bildirib: “Həm Bakıda, həm də bu gün rəqibdən çox qol epizodumuz olsa da, qalib gələ bilmədik. Nəticə nə qədər ədalətsiz olsa da, APOEL-i təbrik etməliyik. Hələ heç nə bitməyib, mübarizəmizi sona qədər davam etdirəcəyik”.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email