Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Şaplar kəndinin videogörüntülərini paylaşıb

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Şaplar kəndinin videogörüntülərini paylaşıb

12.01.2021 Off By admin

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Kəlbəcər rayonunun Şaplar kəndinin videogörüntülərini yayıb.

“Hakimiyyet.com”  Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.

Qeyd edək ki, Şaplar kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsində ordumuzun Şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu işğaldan azad edilib.