“Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert

“Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert

05.10.2019

13:13

Beynəlxalq Muğam Mərkəzi (BMM) Qızıldaş Qəsəbə Mədəniyyət evində “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert təşkil edib.

AZƏRTAC xəbər verir ki, konsert BMM və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə layihəsi əsasında reallaşıb.

Konsertdə Beynəlxalq Muğam Mərkəzinin solistləri, gənc xanəndələr Könül Xəlilzadə, Nisbət Sədrayeva və Elgiz Əliyev “Segah”, “Mahur”, “Şur” muğamları və təsnifləri ilə çıxış ediblər. İfaçıları tarzən Əmrulla Əliyev və kamança ifaçısı Fərrux Haşımlı müşayiət edib.

Qeyd edək ki, bu ilin iyul ayından start götürən “Muğam dünyasına səyahət” layihəsi ilin sonuna kimi davam edəcək. Əsas məqsəd milli mədəni irs nümunəmiz və orijinal musiqi mədəniyyətimiz olan Azərbaycan muğamlarını təbliğ etmək, muğamın fəlsəfi dünyasından bəhrələnmək və tamaşaçıların asudə vaxtını məqsədyönlü təşkil etməkdir.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email