Müşfiq Rəhimov yazdığı raport əsasında sərəncama götürülüb

Müşfiq Rəhimov yazdığı raport əsasında sərəncama götürülüb

14.08.2019

0:50

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı işdən çıxarılıb.

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Baş Dövlət Yol Polisi İdarəsinin imtahan-qeydiyyat idarəsinin rəis müavini, polis polkovnik-leytenantı Müşfiq Rəhimov daxili işlər nazirinin adına yazdığı raport əsasında tutduğu vəzifədən azad edilərək Daxili İşlər Nazirliyinin sərəncamına götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya xəbəri təsdiqləyiblər.

Qeyd edək ki, ötən gün Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Mübariz Şahbazov daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email