Müstəqil Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə daim zirvələrə doğru irəliləyəcək

Müstəqil Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə daim zirvələrə doğru irəliləyəcək

19.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Milli Məclisin deputatı, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirovun “Lider xoşbəxtliyinin universal formulu” adlı məqaləsində xalq-iqtidar birliyindən, Azərbaycan Prezidenti İlham Əliyevin liderlik bacarığından bəhs olunur.

Trend-in məlumatına görə, məqalədə xalq və hakimiyyətin birliyinin istənilən dövlətdə siyasi sabitliyi və təhlükəsizlik mühitini şərtləndirən həlledici amil olduğu bildirilir. Bu birlik təsadüfən, öz-özünə formalaşmır. Bu birliyi təmin edən əsas və mühüm şərt xalqını arxasınca aparmağı bacaran güclü, müdrik və uzaqgörən liderin olmasıdır. Elə bir lider ki, müstəqil siyasət yürütmək bacarığı olsun, elə bir lider ki, xalqının və dövlətinin milli maraqlarını bütün mənafelərin fövqünə yüksəltsin. Sözü ilə əməli üst-üstə düşən belə liderləri tarixə bəxş edən xalq əzəmətlidir, güclüdür, böyükdür. Xalqının sonsuz sevgisini qazanan liderlər isə çox xoşbəxtdir və onlar əbədi olaraq tarixin yaddaşında qalırlar.

Müəllif qeyd edir ki, məsələyə bu kontekstdən yanaşdıqda böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyev xoşbəxt dövlət rəhbəridir. Xalq ona görə Prezidenti sevir ki, o, müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiqdir və son 17 il ərzində ölkəmizi uca zirvələrə yüksəldə bilib. Xalqı ona görə liderini sevir ki, o, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diqtəsi ilə deyil, məhz lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasət yürüdür. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, güclü ordusunda və uğurlu xarici siyasətində öz təsdiqini tapır. İlham Əliyevin 2018-ci il 11 aprel prezident seçkilərindən sonra bəyan etdiyi və tətbiqinə başladığı genişmiqyaslı və hərtərəfli islahatlar kursu sayəsində Azərbaycanın siması büsbütün dəyişməkdədir. Müasir, sivil, demokratik inkişaf yolunu seçmiş Azərbaycanın səsi dünya meridianlarında daha ucadan eşidilməkdədir. Heç bir fors-major vəziyyət arxasında xalqının dayandığı Prezident İlham Əliyevin hadisə və proselərə prinsipial və qətiyyətli yanaşma tərzinə, preventiv, proflaktik, adrıcıl və sistemli qərarqəbuletmə məharətinə və sarsılmaz iradəsinə təsir edə bilməz.

Elman Nəsirov bu həqiqətin bütün dünya dövlətlərini öz əsarətinə almış COVID-19 pandemiyası ilə qlobal mübarizə şəraitində tam çılpağlığı ilə özünü biruzə verdiyini vurğulayır. Diqqətə çatdırır ki, Prezident İlham Əliyevin COVID-19 pandemiyasına qarşı 3 istiqamətdə (əhalinin həyatı və sağlamlığının qorunmsaı; əhalinin sosial müdafiəsinin təmin olunması; iqtisadi fəallığın inkişaf etdirilməsi) müəyyən etdiyi mübarizə strategiyası sayəsində Azərbaycan bu ümumi bəlanın doğurduğu itkiləri minimuma endirməyi bacaran dövlətlər siyahısındadır. Bu həqiqət Ümumdünya Səhiyyə Təşkılatının rəhbərliyi səviyyəsində bir neçə dəfə etiraf olunmuş və Azərbaycan bu baxımdan nümunəvi dövlətlər sırasında qeyd edilmişdir. Azərbaycanın pandemiyaya qarşı mübarizə tədbirləri bir çox dövlətlər tərəfindən model olaraq seçilmiş və təkrar olunmaqdadır.

Müəllif qeyd edir ki, yuxarıda sadalanan hər üç istiqamət üzrə dövlət başçısının rəhbərliyi altında atılan irimiqyaslı adımlar xalqımız tərəfindən yüksək qiymətləndirilir və alqışlanır. Təsadüfi deyildir ki, hər gün minlərlə soydaşımız Prezident İlham Əliyevə ünvanladığı minnətdarlıq məktublarında ümumi bəlaya çevrilmiş pandemiyaya qarşı mübarizədə dövlət başçısına minnətdarlıq edir, qürur duyur, onun qətiyyətinə, peşəkarlığına, uzaqgörənliyinə, humanizminə heyran qaldıqlarını bildirirlər. Bu məktubların letytmotivini təşkil edən əsas ideya odur ki, cənab Prezident öz güc mənbəyi olan xalqının hər bir nümayəndəsinin Prezidenti olduğunu 17 ildir ki, hər gün, hər saat, hər saniyə konkret əməli addımları ilə sübut edir. Dövlətimizin başçısı pandemiya dövründə hər bir azərbaycanlının sağlamlığı və həyatını hifz etməyi, əhalinin sosial müdafiəsini təmin etməyi, paralel olaraq iqtisadi fəallığı həyata keşirməyi öz fəaliyyətinin bir nömrəli vəzifəsi kimi müəyyən edib və bu istiqamətdə mərhələli şəkildə kompleks tədbirlər həyata keçirir. Bu məqsədlə sosial təcrid siyasəti və karantin rejiminin tətbiqi prosesi mərhələli sərtləşmə addımları ilə müşaiyət olunur. Bu tədbirlərin ilkin olaraq aprelin 20-dək davam etdirilməsi nəzərdə tutulsa da, real vəziyyətə adekvat olaraq həmin müddətin mayın 4-dək uzadılması qərara alınıb.

Share