Nə tökərsən aşına, o da çıxar qaşığına, Bəybala Hüseynov!

Nə tökərsən aşına, o da çıxar qaşığına, Bəybala Hüseynov!

16.08.2019

1:54

“Yüksəliş”də Bəybala Hüseynovun Həcər Abasovaya yazdırdığı yazıda unudulur ki, bu yazılar ilk öncə “Hakimiyyət” qəzetinə verilmiş və sizə ”verildiyi”  kimi orada da dərc edilmişdir. Ancaq Bəybalanın müraciəti, öz imzasıyla. Qarşı tərəfi dinlədikdən sonra bəzi məqamlar üzə çıxanda bu məsələdən kənarda qalmağı kollektiv şəkildə qərara gəlmişik. Bu da Bəybala Hüseynovun xoşuna gəlməmiş, haqqımda şantaj xarakterli çıxışlara başlamış və nə yazıq ki, bu ışdə bəzi KİV nümayəndələrindən istifadə etmişdir. Eybi yox, incimirəm, dolanmaq lazımdır. Sayəmdə hər kəs qazanc əldə edirsə, nuşican. Biləsiniz ki,Füzuli İsmayılov hər zaman sifarişlə işləyib, yazıb: düşüncəsinin, beyninin sifarişiylə! Belə olmadıqda nə təhqiqat, nə də yazı ola bilməz. Şantajla, sifarişli məqalənin fərqini dərk etmək, qanmaq  lazımdır.
Cib mediası kəlməsini yazmaqla, guya yeni nəsə icad edirsiniz. Yaxşı olar ki, daha dəqiq yazasınız: “Qarın mediası, 100 qram araq, bir tikə kabab mediası!” Bu öz işinizdir, düşüncə  tərzinizdir.
Ancaq unudursunuz ki, 2009-cu ildə Bəybala Hüseynovun əməllərinin məhz onun “dostları” sayəsində gizlədilməsini də “Hakimiyyət” qəzeti – Füzuli İsmayılov yazıb.
Xatırladım ki, 2009-cü ildən Bəybala Hüseynovun rəhbərliyi ilə makler dostu Zaməddin Musayevin və Səbail Bələdiyyəsində işləyən, öz «bandalarından» olan Etibarın ailəmizin istifadəsində olan, dəyəri  250-300 min manatlıq torpaq sahəsini satmalarından bütün dövlət orqanlarına yazdıq. Bu gün də yazırıq. Baş Prokurorluq nəyə görəsə yenə bu məsələdə Bəybalanın və onun vasitəsilə saxta sərəncamla həmin torpaq sahəsinə Əmlak Məsələləri Üzrə Dövlət Komitəsindən müvəqqəti istifadə üçün «çıxarış» almış və  bu günədək Bəybala tərəfindən gizlədilən Abbasov Tehran Teymur oğlu barədə tədbir görmür.
Maraqlıdır,  Baş Prokurorluğa müraciət edərək mənə məxsüs torpaq sahəsinin saxta yolla mənimsənilməsinə görə atamın qəflətən infaktdan dünyasını dəyişməsini yazıram. Onun ölümünə səbəb olan bu insanlar barədə nə üçün cinayət işi açılmır? Məgər mənim atam Əfqan İsmayılov, qardaşım Şahkişi Bağırov Bəybala Hüseynovun oğlundan əskikdirlərmi? Bəs Bəybala həmin dövrdə Səbailin İcra Hakimiyyətinin Başçısı Asif Əsgərovun, deputat qohumu Rafael Hüseynovun, Əmlak Komitəsindəki qohumunun vasitəsilə, hansısa yolla əldə etdiyi pulların hesabına bu işi ört-basdır edən də, məni aldadan da bilmirdi ki, «nə tökərsən aşına, o da çıxar qaşığına.»? Bəlkə vicdanın, əqidənin oyanma vaxtı çatıb, Həcər Abasova? Bağışlayın, Bəybala Hüseynov?! Sizi qınamıram, Bəybala kimi ciblər olmasa, haradan dolanmaq olar? Ancaq bir soruşun: səndə bu pullar haradandır? Bəlkə həm mənim, həm də özünüzün suallarınıza cavab tapdınız. Bir də, Həcər Abasova, Bəybaladan mənim ona öyrətdiklərimi yox, onun özünün bildiklərini soruşub yazın. Amma edə bilməzsiniz, çünki o, sizə də verdiklərini gizlicə çəkir, yazır, gələcəkdə jurnalist etikasına uyğun olaraq qarşı tərəfin fikrini versəniz, şantaj etmək üçün dar gününə ehtiyat saxlayır. Çünki bosslarına bu işləri görmək üçün xərclədiyi pulların hesabatını verir. Özü də xərclədiyini yüzqat artığına deməklə!
Füzuli İsmayılov heç vaxt hakimiyyətə,  dövlətə qarşı çıxmayıb, ancaq dövlətçilik maraqlarından məmurlara qarşı kifayət qədər tənqidi məqalələrin müəllifidir. Şəxsi ambisiyaları hesabına dövlət başçısını qorxaq, yalançı adlandırmayıb. Hətta xaricdən ona qrand, maliyyə dəstəyi təklif etsələr belə. Dövləti, Vətəni satmaqdansa, şərəflə ölmək daha yaxşıdır!
Xatırladaq ki, “Hakimiyyət” qəzeti heç vaxt kiminsə şəxsi orqanına çevrilməyib. Mövqeyi dövlətçilik, xalqı maarifləndirmək olub. Bunu artıq 25 illik fəaliyyətimizdə sübuta yetirmişik. Çox sifarişçilərin qəzəbinə tuş gəlmişik. Mübarizədə belə şeylər də olur. Yaxşı olardı ki, Həcər Abasova(yaxud da Bəybala Hüseynov) yazdığınız 2017-ci ildən Türkiyədə­ başlanan cinayət işinin nə yerdə olduğu və istintaqın nəticəsi barədə yazasınız, onda mənimlə birgə Türkiyəyə getməyinizə ehtiyac qalmaz.

Füzuli İsmayılov

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email