Nəqliyyat və rabitə sektoru üzrə büdcə xərcləri 5,1% artıb

Nəqliyyat və rabitə sektoru üzrə büdcə xərcləri 5,1% artıb

16.05.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

2019-cu ildə nəqliyyat və rabitə xərclərinə dövlət büdcəsi xərclərinin 0,7 faizi həcmində (2018-ci il səviyyəsində) və ya 175,1 mln. manat vəsait yönəldilib ki, bu da 2018-ci illə müqayisədə 8,5 milyon manat və ya 5,1% çoxdur. “APA-Economics”in məlumatına görə, bu barədə “2019-cu il dövlət büdcəsinin icrası barədə” sənəddə qeyd edilib. 

Bu bölmədən Bakı Metropolitenində sərnişindaşıma xidməti haqqının onun maya dəyərindən aşağı olması nəticəsində metropolitenin fəaliyyətinin maliyyə nəticələri üzrə yaranan zərərin örtülməsi üçün 41,0 mln. manat, Naxçıvan Muxtar Respublikasına edilən aviareyslərə, Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin Müstəqil Dövlətlər Birliyi ölkələrinə nəqliyyatda gedişlə bağlı tətbiq edilən güzəştlər hesabına yaranan zərərin örtülməsi üçün “Azərbaycan Hava Yolları” QSC-yə 10,0 mln. manat, Xəzər dənizində etibarlı nəqliyyat sisteminin yaradılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinə 4,6 mln. manat, poçt rabitəsi xidmətinin göstərilməsi ilə bağlı milli poçt operatoruna dəyən zərərin kompensasiya edilməsi üçün 1 mln. manat, nizamnamə kapitalının artırılması üçün “Azərkosmos” ASC-yə 48 mln. manat subsidiya ayrılıb.

 

Share