Nəsrinə verilən sual güldürdü

Nəsrinə verilən sual güldürdü

17.04.2020 Off By admin

“Hakimiyyet.com” xəbər verir ki,

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin  Cavadzadə sosial şəbəkədə yeni fotosunu paylaşıb.

aktrisanın şəklinə sosial media fenomeni Selin Ciyərcinin yazdığı şərh hər kəsin diqqətini çəkib.

S.Ciyərcinin “Hələ də 48 kiloqramsan” sualına Cavadzadə gülərək münasibət bildirib.

Məşhurların dialoqu İnstaqram izləyicilərinin də gülüşünə səbəb olub.

Xatırladaq ki, N.Cavadzadə qüsursuz bədən formasını pilatesə və şəkəri həyatından çıxarmasına borclu olduğunu demişdi.

Share