Nabranda 3 piyadanı avtomaşın vurub, bir nəfər ölüb

Nabranda 3 piyadanı avtomaşın vurub, bir nəfər ölüb

04.08.2019

23:58

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Nabran istirahət zonasında qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2109” markalı nəqliyyat vasitəsi 3 piyadanı vurub. Onlardan biri – Xudat şəhəri, İstisu qəsəbə sakini 1997-ci il təvəllüdlü Xalıqov Əlisahib Ramiz oğlu hadisə yerində dünyasını dəyişib. Digər iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email