“Napoli”nin hücumçusu komandadan ayrılır

“Napoli”nin hücumçusu komandadan ayrılır

11.04.2020 Off By admin

“Napoli” hücumçusu Dris Mertenslə yollarını ayıracaq.

Apasport.az saytının məlumatına görə, belçikalı futbolçu rəhbərliyin yeni müqavilə təklifini rədd edib.

Bir müddət əvvəl rəhbərliklə arasında soyuqluq yarandığı üçün bir neçə gün bazaya getməyən Mertens cərimələnmişdi. 33 yaşlı forvard artıq gücünü başqa klubda sınamaq qərarına gəlib. O, eyni zamanda koronavirus pandemiyası səbəbindən klub işçilərinin çıxarılmasına da etirazını bildirib.

Qeyd edək ki, Dris Mertensin “Napoli” ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.

Share