Narkotacirlərin qayığı okeanda batdı…

Narkotacirlərin qayığı okeanda batdı…

01.10.2019

18:19

Kolumbiya sahillərində batan narkotik ticarətçiləri içində 1,2 ton kokain olan suyadavamlı çantalar sayəsində sağ qalıblar. Bu barədə “Daily Mail” məlumat yayıb.

Kolumbiya Hərbi Dəniz Qüvvələrinin nümayəndələri Tumako şəhərindən 55 kilometr məsafədə üç nəfər tapıblar. Zərərçəkənlər böyük bir dalğanın qayıqlarını çevirdiyini və nəticədə, üç saat Sakit okeanda qalmalı olduqlarını bildirib.

Cinayətkarları gəmiyə apararaq onlara tibbi yardım göstəriblər. Polis sözügedən paketləri yoxlayıb və içərisində 1,2 ton kokain tapıb. Adamlar dərhal həbs edilərək, nəzarətə alınıb. Yerli mətbuatın məlumatına görə, onlar narkotik alverində şübhəli bilinir. Hazırda onlara qarşı rəsmi ittihamların irəli sürülüb-sürülmədiyi məlum deyil.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email