Natia Turnava: «17 ölkə Cənub Qaz Dəhlizi layihəsində iştirak etməkdə maraqlıdır»
29.02.2020«Gürcüstanın təbii qaz nəqlindəki tranzit funksiyasından aldığı qaz kvotası arıtdıqca ölkə əhalisi ciddi fayda əldə edəcək».
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında «Cənub Qaz Dəhliz: Nailiyyətlər və Çağırışlar» adlı sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, hazırda 17 müxtəlif ölkə layihədə iştirak etməkdə maraqlıdır: «Nəticə etibarı ilə, bu layihə bizim ölkəmizin də – əhalimizin və müxtəlif müəssisələrimizin daha yaxşı qaz təchizatına imkan verəcək. Hazırda əsasən Avropa ölkələri olmaqla 17 müxtəlif ölkə layihədə iştirak etməyə maraq göstərir».