NATO baş katibi Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi ilə görüşəcək

07.12.2019 Off By admin

NATO baş katibi Yens Stoltenberq Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi ilə görüşəcək.

APA-nın NATO-nun rəsmi saytına istinadən verdiyi xəbərə görə, Yens Stoltenberq və Cozef Borrell arasında görüş dekabrın 9-da keçiriləcək.

Görüşdən sonra rəsmilər mətbuat qarşısında birgə bəyanatla çıxış edəcək.

Qeyd edək ki, Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozef Borrell dekabrın 1-dən səlahiyyətlərinin icrasına başlayıb. O bu postda Federika Moqerinini əvəzləyib.

Share