NATO-nun baş katibi Türkiyəyə səfər edəcək

NATO-nun baş katibi Türkiyəyə səfər edəcək

10.10.2019

11:46

NATO-nun baş katibi Yens Stoltenberq oktyabrın 11-də Türkiyəyə səfər edəcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın Ankara bürosuna daxil olan məlumatda bildirilib.

Qeyd olunub ki, Şimali Atlantika Alyansının baş katibi İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək. Həmçinin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşdə gündəlikdə duran məsələlərin müzakirəsi nəzərdə tutulub.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Suriyada Fərat çayının şərqində başladığı “Sülh çeşməsi” (Barış Pınarı) antiterror əməliyyatı NATO-Türkiyə münasibətlərində ən aktual mövzuya çevrilib.

PAYLAŞMAQ:

Print Friendly, PDF & Email